Dünya rus vaksinlərini niyə tanımır? – Pozner

   Dünya rus vaksinlərini niyə tanımır? –    Pozner
  18 Avqust 2021    Oxunub:970
Tele-aparıcı Vladimir Pozner Rusiyada və dünyada koronavirus əleyhinə olan vaksinlərə muansibətini açıqlayaraq bildirib ki, rus preparatlarının xaricdə tanınmamasının iqtisadi və siyasi səbəbləri var.
Azvision.az xəbər verir ki, Pozner bu haqda “Qazeta.ru” nəşrinə söhbəti zamanı danışıb.

Publisist qeyd edib ki, misal üçün, Pfizer şirkəti dünya əczaçılıq bazarında ən iri oyunçulardan biridir və rəqiblərinə dözümsüz yanaşır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Sputnik V” vaksinini rəsmən tanıyıb, amma Avropa Birliyi ABŞ hökümətinin təzyiqi altında bu vaksini tanımaq istəmir.

"Ölkəmizdə vaksinasiyaya önyarğılı münasibət onunla izah olunur ki, xalqımız yetərincə cahil və geridir. Onun genetikaya ziyanı, sonsuzluq yaratması, çipləşdirmə məqsədilə edildiyi barədə çoxlu söz-söhbət var. Xalqımız bu cür şaiyələri sevir", - tele-aparıcı əlavə edib.

Jurnalist qeyd edib ki, RF-də vaksinasiya ilə bağlı xoşagəlməz hadisələr fonunda ictimai rəydə kəskin dəyişiklik baş verib: peyvənd olunmayanları müvəqqəti olaraq restoranlara buraxmırlar, harasa getmək çətinləşib.



Bundan əvvəl “Maşina vremeni” sovet və rus rok qrupunun lideri Andrey Makreviç də “Qazeta.ru”ya müsahibəsində koronavirus peyvəndindən qaçan həmvətənlərini “idiot” adlandırmışdı. O ehtimal etmişdi ki, preparatdan ehtiyat edilməsi “marslıların hücumu” ilə bağlıdır. Musiqiçi 2020-ci ilin sentyabrında COVİD-19-un yüngül formasına yoluxduğunu bildirib. O etiraf edib ki, hərarəti yüksəlməsə də, qoxubilmə-dadbilmə duyğusu yoxa çıxıb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə təşkilatının (ÜST) başçısı Tedros Adanom Gebreyesus bəyan edib ki, 2022-ci ilin sentyabrına qədər dünyanın hər bir ölkəsində əhalinin 70 faizinin peyvənd olunması vacibdir. O bu sözləri Beynəlxalq Olimpiya komitəsinin 138-ci sessiyasında söyləyib.

Nadir Quliyev
Azvision.az



Teqlər: Pozner   Makareviç   Koronavirus   Vaksin  





Xəbər lenti