Əfqanıstan müdafiə nazirindən "İnterpol"a çağırış: Qanini həbs edin!

   Əfqanıstan müdafiə nazirindən "İnterpol"a çağırış:   Qanini həbs edin!
  18 Avqust 2021    Oxunub:1241
Bir neçə gün öncə Əfqanıstandan qaçan keçmiş prezident Əşrəf Qani ölkəyə geri qaytarıla bilər.
Azvision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilir ki, müdafiə naziri general Bismilla Xan Məhəmmədi "İnterpol"u eks-prezidenti həbs etməyə çağırıb. O buna səbəb kimi Əşrəf Qaninin vətəni satmasını göstərib.

"Vətəni ilə alver edən və ölkəni satanlar cəzalandırılmalı və dərhal həbs edilməlidir",-nazir "Twitter"də "İnterpol", Qanini həbs et" haştağı ilə yazıb.

Qeyd edək ki, artıq sosial şəbəkələrdə belə bir haştaqla paylaşımların sayı artıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan   Prezident  





Xəbər lenti