NATO qırıcıları Rumıniyaya yaxınlaşan rus təyyarəsini qovub- FOTO

  18 Avqust 2021    Oxunub :699
   NATO qırıcıları Rumıniyaya yaxınlaşan rus təyyarəsini qovub-   FOTO
Böyük Britaniyanın Kral Hərbi Hava Qüvvələrinin "Tayfun" qırıcıları Rumıniyanın hava sahəsinə yaxınlaşan Rusiya "Su-24" qırıcısını nəzarətə götürüb.
Azvision.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Hava Qüvvələrinin saytında məlumat yayılıb.

Bildirilir ki, ingilis döyüş təyyarələri NATO hava məkanının təhlükəsizliyini gücləndirmək missiyası çərçivəsində fəaliyyət göstəriblər. Onlar Qara dəniz sahillərində Konstansa yaxınlığındakı Rumıniyanın "Mixail Koqalniçanu" aviabazasından havaya qalxıblar.

"Biz Rusiya qırıcısını səmada "tutaraq" onu Rumıniyanın uçuş məlumat bölgəsini tərk edənədək müşaiyət etdik”,- "Tayfun"lardan birinin pilotu bildirib.



Qeyd edək ki, ingilis qırıcıları 2014-cü ildən Rumıniyada yerləşdiriliblər. Buna səbəb Krımın Rusiya tərəfindən işğalı olub. Onlar burada gücləndirilmiş NATO Hava Polisi (BILOXO) missiyasını yerinə yetirirlər.

Tural Tağıyev
Azvision.az

Teqlər: Rusiya   Təyyarə   Rumıniya  







Xəbər lenti