“Taliban” Çinə “Şərqi Türküstan İslam Hərəkatı” ilə mübarizə aparacağını vəd edib

   “Taliban” Çinə    “Şərqi Türküstan İslam Hərəkatı”    ilə mübarizə aparacağını vəd edib
  18 Avqust 2021    Oxunub:1296
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Xua Çunın ümid edir ki, hərəkat bütün terrorist qüvvələrlə məsafə saxlayır və regionun sabitliyi üçün səy göstərəcək. “Taliban” hərəkatının təmsilçiləri Çinə “Şərqi Türküstan İslam Hərəkatı” və Əfqanıstanda fəaliyyət göstərən digər terror təşkilatları ilə mübarizə aparacaqlarını vəd ediblər
Azvision.az TASS-a istinadən xəbər verir ki, bu barədə ÇXR XİN-in rəsmi nümayəndəsi Xua Çunın çərşənbə axşamı keçirdiyi ənənəvi brifinqdə məlumat verib.

“BMT TŞ “Şərqi Türküstan İslam Hərəkatını” beynəlxalq terror təşkilatı kimi tanıyıb. Çin bu təşkilatı özünə birbaşa təhlükə hesab edir və onunla mübarizə beynəlxalq öhdəlik sayılır”, - o qeyd edib.

“Çin “Şərqi Türküstan İslam Hərəkatı” ilə birgə mübarizə aparmaq təklifi ilə Əfqanıstan hökümətinə əvvəllər də müraciət edib və “Taliban”ın məsul nümayəndələri Çini əmin ediblər ki, heç bir xarici qüvvəyə Əfqanıstan ərazisində ÇXR-ə qarşı fəaliyyət göstərməyə imkan verməyəcəklər. Ümid edirik ki, “Taliban” “Şərqi Türküstan İslam Hərəkatı” da daxil, bütün terrorist qüvvələrlə məsafə saxlayır, onlara qarşı mübarizə aparmaqla regionumuzun sabitliyinə töhfə verəcək”, - diplomat vurğulayıb.

“Şərqi Türküstan İslam Hərəkatı” ÇXR-in Sintzyan-Uyğun muxtar vilayəti ərazisində müstəqil dövlət qurmaq uğrunda çıxış edir. ABŞ-ın keçmiş dövlət katibi Maykl Pompeo 2020-ci ilin noyabrında bu təşkilatın adını ölkəsinin terror təşkilatları kimi tanıdığı siyahıdan çıxarıb.

Xatırladaq ki, taliblər Kabilə avqustun 15-də döyüşsüz daxil olaraq, bir neçə saat ərzində paytaxtı nəzarətə götürüblər. Əfqanıstan prezidenti Əşrəf Qani qan tökülməsinə yol verməmək üçün səlahiyyətlərini təhvil verib və ölkəni tərk edib.

Nadir Quliyev
Azvision.az



Teqlər: ÇXR   Taliban   Şərqi-Türküstan  





Xəbər lenti