Ağsuda dağlıq ərazi yanır

  18 Avqust 2021    Oxunub :525
Ağsuda dağlıq ərazi yanır
Ağsuda dağlıq ərazidə yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağsu rayonu, Hacman kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti yanğınsöndürmə işlərinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

İlkin məlumata əsasən dağlıq ərazidə 4 ha sahədə kol-kos və ağaclar yanır. Əlavə məlumat veriləcək.

Azvision.az

Teqlər: FHN  






Xəbər lenti