Bakı Ali Neft Məktəbinin tələbəsi beynəlxalq yarışda qalib oldu

Bakı Ali Neft Məktəbinin tələbəsi beynəlxalq yarışda qalib oldu
  17 Avqust 2021    Oxunub:623
Bakı Ali Neft Məktəbinin (BANM) informasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Hüseyn Qəmbərov “WorldSkills Asia” tərəfindən təşkil edilmiş beynəlxalq yarışda Azərbaycanı kibertəhlükəsizlik sahəsi üzrə təmsil edib.
BANM-dən Azvision.az -a bildiriblər ki, respublikamızın ilk dəfə qatıldığı həmin nüfuzlu yarışda bu ali təhsil müəssisəsinin tələbəsi 26 ölkədən 122 nümayəndə arasında ümumi reytinqdə 707 bal ilə IV yeri tutub və Azərbaycanın adını Koreya Respublikası və Rusiyadan sonra 3-cü yerə yüksəldib.

O, həmçinin “Məlumat sızmasının qarşısının alınması” kateqoriyası üzrə ən yüksək nəticə göstərib. Hüseyn Qəmbərovun 26 ölkədən 122 nümayəndə arasında yüksək yeri qazanması Azərbaycan təhsil sisteminin uğurudur.

Qeyd edək ki, H.Qəmbərov ötən ay keçirilmiş milli seçim turunda yüksək nəticə göstərərək, beynəlxalq yarışda iştirak etmək hüququ əldə edib.

Azərbaycan 2020-ci ildə peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən “WorldSkills” hərəkatına qoşulub. Bu yarışda 80 istiqamət üzrə yüzlərlə gənc mühəndis 3 gün ərzində öz biliklərini real layihələr üzrə tətbiq edərək mübarizə aparıblar.

Azvision.az


Teqlər:





Xəbər lenti