Həştərxanda təyyarə qəzası olub: Pilot ölüb

Həştərxanda təyyarə qəzası olub:   Pilot ölüb
  19 Avqust 2021    Oxunub:886
Rusiyada təyyarə qəzası baş verib.
Azvision.az xəbər verir ki, hadisə Həştərxan vilayətində baş verib. "Miq-29" qırıcısının qəzaya uğraması nəticəsində pilot ölüb.

"Avqustun 18-də Həştərxan vilayətində planlaşdırılan uçuş zamanı "Miq-29" qırıcısı yerə düşüb. Təyyarə Aşuluk poliqonundakı boş ərazidə partlayıb. Uçuş döyüş sursatı olmadan həyata keçirilib. Pilot isə ölüb",-yerli media rəsmilərə istinadən yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Qəza   Rusiya  





Xəbər lenti