Lənkəranda istirahət mərkəzində yanğın olub

Lənkəranda istirahət mərkəzində yanğın olub
  19 Avqust 2021    Oxunub:1017
Lənkəran şəhərinin Xolmili kəndində ümumi sahəsi 500 m² olan istirahət mərkəzi kimi fəaliyyət göstərən birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti