Rusiya qoşunlarının Əfqanıstana girməsi üçün zərurət yoxdur - Patruşev

   Rusiya qoşunlarının Əfqanıstana girməsi üçün zərurət yoxdur -    Patruşev
  19 Avqust 2021    Oxunub:1545
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Rusiyanın öz hərbi kontingentini Əfqanıstana daxil etməyəcəyini bildirib. Onun sözlərinə görə, Moskva əfqan xalqının iradəsinə güvənir və Əfqanıstanı güclü, çiçəklənən dövlətə çevirmək istəyən qüvvələrlə dialoq qurmağa hazırdır.
Azvision.az xəbər verir ki, N. Patruşev bunları "İzvestiya" qəzetinə müsahibəsində söyləyib.

"Bunun üçün heç bir şərt yoxdur" , - rus qoşunlarının Əfqanıstana göndərilib-göndərilməyəcəyi sualına cavab verən cənab Patruşev bildirib. O əlavə edib ki, Rusiya "ilk növbədə siyasi və diplomatik səylərə üstünlük verməklə, tərəfdaşlarla birlikdə Əfqanıstan daxilində dialoq qurmağa çalışacaq və ölkədəki mövcud olan problemlərin sülh yolu ilə həll edilməsi yollarını axtaracaq".

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Əfqanıstanla bağlı məsləhətləşmələrin Moskva formatı bu məqsədlər üçün yaradılıb. O, həmçinin Moskvanın Əfqanıstandakı münaqişənin həllində BMT-nin roluna böyük əhəmiyyət verdiyinə diqqət çəkib.

Xatırladaq ki, taliblər Kabilə avqustun 15-də döyüşsüz daxil olaraq, bir neçə saat ərzində paytaxtı nəzarətə götürüblər. Əfqanıstan prezidenti Əşrəf Qani qan tökülməsinə yol verməmək üçün səlahiyyətlərini təhvil verib və ölkəni tərk edib.

Nadir Quliyev
Azvision.az



Teqlər: Patruşev   Əfqanıstan  





Xəbər lenti