"Taliban qanunları"nın şəriətlə heç bir əlaqəsi yoxdur" - Müfti İsmaqilov

"Taliban qanunları"nın şəriətlə heç bir əlaqəsi yoxdur" -    Müfti İsmaqilov
  19 Avqust 2021    Oxunub:880
Əfqanıstanda hərbi çevriliş yolu ilə hakimiyyətə gələn Taliban hərəkatı bəyan edib ki, hökumət idarəçiliynin əsasını şəriət qanunları təşkil edəcək.
Ancaq mütəxəssislərin fikrincə, Taliban tərəfindən verilən tapşırıq və bəyanatların şəriət qanunları ilə heç bir əlaqəsi yoxdur. xəbər verir ki, Ukrayna Müsəlmanları Ruhani İdarəsinin müftisi Şeyx Səid İsmaqilov Talibanın ortaya qoyduğu təklif və "şəriət qanunları"nın İslamdakı qanunlarla heç bir əlaqəsi yoxdur:

"Şəriət qanunlarında qadınların təhsil almaları və ya işləmələri üçün heç bir məhdudiyyət yoxdur. Nəinki təhsil almaq, hətta küçəyə çıxmaqla bağlı belə məhdudiyyət qoyulmur. Yəni şəriətdə belə qadağalar yoxdur. Digər müsəlman ölkələrinə nəzər salsaq görərik ki, burada qadınlar kütləvi şəkildə təhsil alır, işləyir, yüksək vəzifələr tutur, idmanla məşğul olub yarışlara qatılır və özünü rahat şəkildə realizə edə bilirlər”,-Ukrayna Müsəlmanları Ruhani İdarəsinin müftisi Şeyx Səid İsmaqilov bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Taliban   Şəriət  





Xəbər lenti