Rusiya HDD-dən Qərbə "qorxulu siqnal"

   Rusiya HDD-dən Qərbə    "qorxulu siqnal"
  19 Avqust 2021    Oxunub:1660
Çin Rusiya Hərbi Dəniz Qüvvələrinin Qərbə "qorxulu siqnal" verməsini vurğulayıb. Azvision.az xəbər verir ki, bu barədə Çinin "Sinxua" qəzeti məlumat yayıb. Məqalə müəllifinin fikrincə, Rusiya donanmasının yenidən qurulması Qərbə verilən "qorxunc siqnaldır".
Məqalədə qeyd olunur ki, Rusiya Federasiyası öz donanmasını bir neçə istiqamətdə inkişaf etdirir. Bura gəmilərin inşası, sualtı qayıqlar sahəsində irəliləyişlər, "Belqorod", "Novosibirsk" və "Knyaz Oleq" nüvə sualtı qayıqlarının yenilənməsi daxildir. İyunun sonunda “Kalibr-PL” qanadlı raketləri olan “Varşavyanka” dizel-elektrik sualtı gəmisi sınaqdan keçirildib.

Rusiya öz ərazi sularının xaricində də - Aralıq dənizi və Sakit Okeanda təlimlər keçirir. Bir müddət əvvəl Müdafiə Nazirliyi zenit qrupları yaratmaq və təlimlər keçirmək üçün Havay bölgəsinə döyüş gəmiləri, sualtı qayıqlar və təyyarələr göndərəcəyini açıqlamışdı.

Müəllif bu ilin əvvəlindən etibarən Rusiya donanmasının gücünü artırmağa davam etdiyini qeyd edib. Rusiya bunu xarici və daxili hadisələrin təsiri fonunda, xüsusən də, ABŞ-la münasibətlərin pisləşməsi və su yollarının təhlükəsizliyini təmin etmək ehtiyacı səbəbindən edir.

Nəşr Rusiyanın Hərbi Dəniz Qüvvələrinin inkişaf planlarını iddialı və konkret adlandırıb. Dəniz gücü statusunun Rusiya Federasiyasına qaytarılması perspektivi diqqətəlayiqdir.

Nadir Quliyev
Azvision.az



Teqlər: Rusiya-HDD   Qərb  





Xəbər lenti