Bakıda iki evdə və çayxanada yanğın olub

Bakıda iki evdə və çayxanada yanğın olub
  19 Avqust 2021    Oxunub:858
Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 52 m² olan birmərtəbəli evin dam örtüyü 40 m² sahədə, bitişik ümumi sahəsi 100 m² olan birmərtəbəli evin (yaşayış yoxdur) dam örtüyü 60 m² sahədə və ümumi sahəsi 100 m² olan çayxanada 2 ədəd kondisioner yanıb.
Azvision.az -ın FHN-in saytına istinadən verdiyi məlumata görə, hər iki evin qalan hissəsi və çayxana yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti