Zelenski Putinlə görüşmək istəyir

   Zelenski Putinlə görüşmək istəyir
  19 Avqust 2021    Oxunub:1144
Ukrayna prezidenti Vladimir Zelenski vəzifəsinin birinci ildönümünə həsr olunmuş mətbuat konfransında Rusiyalı həmkarı Vladimir Putini siyasi məhbuslarla bağlı danışıqlara çağırıb.
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyadakı ukraynalı məhbusların sərbəst buraxılması məsələsinin dalana dirəndiyini bildirib. O hesab edir ki, yeganə çıxış yolu prezident Vladimir Putinlə danışıqlar ola bilər.

"Təəssüf ki, danışıqlar tamamilə dayandırılıb. Bu gün Rusiya prezidenti ilə Krım məhbusları ilə bağlı birbaşa danışıqlar aparmaqdan başqa başqa çıxış yolu görmürəm. Bəlkə də, “Krım Platforması”zamanı yeni həll yolları düşünə bilərik", - Zelenski ukraynalı jurnalistlərlə söhbətində bildirib.

"Ruslar Donetsk və Luqansk bölgələrinin ayrı-ayrı rayonlarında, Krımda və ya artıq Rusiyada yaşayan insanlarımızın siyahılarını ayırırlar. Biz isə əksinə, bu siyahıları birləşdiririk və Krım da daxil olmaqla hamının hər kəslə dəyişdirilməsi prinsipindən çıxış edirik”, - Zelenski vurğulayıb.

Ukrayna prezidenti Krım məsələsində Kiyevi dəstəkləyən bütün ölkələrin liderlərini fəal olmağa və Rusiyaya "təzyiq göstərməyə" çağırıb.

"Biz mübadilə etməyə və krımlıları geri qaytarmaq üçün istənilən addıma hazırıq", - Zelenski deyib.

Nadir Quliyev
Azvision.az



Teqlər: Zelenski   Putin   Siyasi-məhbus  





Xəbər lenti