Moskvadan Sankt-Peterburqa qatarın üstündə getdi

Moskvadan Sankt-Peterburqa  qatarın üstündə getdi
  19 Avqust 2021    Oxunub:2497
Rusiyada maraqlı hadisə yaşanıb.
Azvision.az xəbər verir ki, adı açıqlanmayan 22 yaşlı Kirov sakini Moskvadan Sankt-Peterburqa qatarın üstündə gedərək 634 kilometr yol qət edib. Buna səbəb gəncin dostunu ziyarət etmək istəyi olub. O pulu olmadığı üçün bu cür səyahət üsulunu seçib.

Dəmiryol stansiyasında işsiz gənci dostu əvəzinə nəqliyyat polisləri qarşılayıblar. Onunla profilaktik söhbət aparılaraq bu cür səyahətin təhlükəli olması izah edilib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Qatar   Rusiya  





Xəbər lenti