Azərbaycanda son sutkada virusdan 23 nəfər ölüb

   Azərbaycanda son sutkada virusdan 23 nəfər ölüb
  19 Avqust 2021    Oxunub:1173
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 614 yeni yoluxma faktı qeydə alınıb, 1 114 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az - a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 380 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 342 256 nəfər müalicə olunaraq sağalıb, 5 231 nəfər vəfat edib. 33 431 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 786, bu günə qədər isə ümumilikdə 4 268 668 test icra olunub.

Azvision.az


Teqlər: Virus  





Xəbər lenti