ABŞ-da bomba həyəcanı: "O əraziyə yaxınlaşmayın"

ABŞ-da bomba həyəcanı:   "O əraziyə yaxınlaşmayın"
  19 Avqust 2021    Oxunub:1359
ABŞ polisi Vaşinqtonda konqres kitabxanasının yaxınlığında bomba təhlükəsinin olması ilə bağlı xəbərdarlıq edib.
"Zəhmət olmasa, kitabxananın ətrafına yaxınlaşmayın",-deyə polisin məlumatında qeyd edilir. Asoşeyted Pressin yazdığına görə, hüquq -mühafizə orqanlarının əməkdaşları konqres binasının yaxınlığında şübhəli yük maşını ilə bağlı məlumatları yoxlayırlar. Agentliyin məlumatına görə, maşının içinə partlayıcı maddələr qoyula bilər.

Yaxınlıqdakı yaşayış məntəqələri boşaldılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti