Lənkəranda dağlıq ərazidə köməksiz qalan şəxs xilas edilib

Lənkəranda dağlıq ərazidə köməksiz qalan şəxs xilas edilib
  19 Avqust 2021    Oxunub:1101
Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində dağlıq və meşəlik ərazidə 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olub.

Nazilrikdən bildirilir ki, vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Vətəndaş xilasedicilərin köməkliyi ilə təhlükəsiz təhlükəsiz əraziyə endirilib.

Azvision.az



Teqlər:





Xəbər lenti