Mahir Emreli Avropa Liqasında qol vurdu

  19 Avqust 2021    Oxunub :549
Mahir Emreli Avropa Liqasında qol vurdu
Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" bu gün Avropa Liqasında ilk oyununa çıxıb.
Azvision.az xəbər verir ki, Çempionlar Liqası ilə vidalaşdığı üçün mübarizəni bu turnirdə davam etdirən Polşa təmsilçisi pley-offun ilk görüşündə səfərdə "Slaviya" (Çexiya) ilə qarşılaşıb.

Start heyətdə meydana çıxan Mahir görüşün 20-ci dəqiqəsində baxımlı qolla hesabı açıb. Görüşün yekun nəticəsi isə 2:2 olub. Emreli 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 26-da Varşavada keçiriləcək.

Azvision.az

Teqlər: MahirEmreli  






Xəbər lenti