NATO-Rusiya münasibətləri kəskinləşir: Rus gəmiləri limana buraxılmadı

   NATO-Rusiya münasibətləri kəskinləşir: Rus gəmiləri limana buraxılmadı
  20 Avqust 2021    Oxunub:2947
İspaniya Xarici İşlər Nazirliyi Rusiya hərbi gəmilərinin Afrikanın şimal sahilindəki Seuta limanına daxil olmasına icazə verməyib. Azvision.az xəbər verir ki, bu barədə "Pais" qəzeti məlumat yayıb.
Nəşr yazır ki, Rusiya tərəfi avqustun 18-dən 20-dək Seuta şəhərində "Vitse-admiral Kulakov" və onun yedək gəmisi "Altay" üçün dayanmaq icazəsi istəyib. Qeyd olunur ki, İspaniya Müdafiə Nazirliyi icazə üçün heç bir ciddi problem görməyib. Lakin ölkə XİN-i Moskvaya əlavə sorğular göndərib. Cavab almayan nazirlik müraciət ərizəsini rədd edib. Qəzet 2022-ci ildə NATO sammitinin təşkilatçısı olacaq İspaniyanın bu qərarının arxasında siyasi məqamların dayandığını yazıb.

Xatırladaq ki, oxşar insident 2017 -ci ilin əvvəlində də yaşanmışdı. İspaniya "Admiral Kuznetsov" ağır təyyarədaşıyan kreyserinin başçılıq etdiyi gəmiləri Seuta limanına girməsinə icazə verməmişdi. Sonradan Rusiya Müdafiə Nazirliyi Madridin ABŞ və NATO-nun ona edilən təzyiq səbəbiylə bu cür addım atdığını açıqlamışdı.

Tural Tağıyev
Azvision.az



Teqlər: İspaniya   NATO   Gəmi   Rusiya  





Xəbər lenti