“Xan Şuşinski – 120” virtual sərgisi hazırlanıb

“Xan Şuşinski – 120” virtual sərgisi hazırlanıb
  20 Avqust 2021    Oxunub:1768
Azərbaycan Milli Kitabxanasında “Xan Şuşinski – 120” adlı virtual sərgi hazırlanıb.
Milli Kitabxanadan Azvision.az -a verilən məlumata görə, virtual sərgidə görkəmli xanəndənin həyat və yaradıcılığı haqqında materiallar, rəsmi sənəd, fotolar, mükafatları nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://azvision.az/redirect.php?url=http://anl.az/el/vsb/Xan_Shushinski_120/index.htm linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, avqust ayının 20-də Azərbaycan muğam sənətinin korifeylərindən, Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən olan Xan Şuşinskinin 120 illik yubileyi tamam olur.

Azvision.az

Teqlər: Kitab  







Xəbər lenti