Naxçıvanda minaatanlar təlim keçir - VİDEO

   Naxçıvanda minaatanlar təlim keçir -    VİDEO
  20 Avqust 2021    Oxunub:1317
Gənc heyətlərə müxtəlif çaplı ın təyinatı və taktiki-texniki göstəriciləri haqqında ümumi məlumat verilən məşğələlərdə minaatan heyətlərinin ixtisas hazırlığı artırılır və döyüş vərdişləri təkmilləşdirilir.
Bu barədə Azvision.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Məşğələlərdə bölmələrin atəş mövqelərini və komanda müşahidə məntəqələrini tutması, minaatan qurğularının döyüşə və səfərə gətirilməsi, tuşlanması, doldurulması və döyüş atışının icra olunması məşq etdirilir.

Şəxsi heyətin funksional vəzifələrinin icrasına və ixtisas hazırlığı üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilən məşğələlərdə bölmələr döyüş tətbiqinə hazırlanaraq planlı və plandankənar hədəflərə döyüş atışları icra edirlər.

Minaatan bölmələrində döyüş hazırlığı məşğələləri plana uyğun davam edir.




Azvision.az


Teqlər: Naxçıvan  





Xəbər lenti