Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub

   Azərbaycan Ordusunun mövqeləri növbəti dəfə atəşə tutulub
  21 Avqust 2021    Oxunub:1674
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 20-si saat 18:58-dən 23:53-dək Basarkeçər rayonunun Yuxarı Zağalı, Güney, Yuxarı Şorca, Berd rayonunun Yuxarı Mehrab yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə, İstisu, Tovuz rayonu Qaralar, Gədəbəy rayonu Qalakənd yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.
Müdafiə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, bundan əlavə avqustun 20-si saat 20:37-dən avqustun 21-i saat 01:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri Xocavənd rayonunun Çağadüz kəndi və Şuşa şəhəri ətrafında yerləşən bölmələrimizin mövqeləri istiqamətində avtomat və pulemyotlardan istifadə edərək fasilələrlə atəş açıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Azvision.az



Teqlər: Ermənistan   Azərbaycan   Ordu  





Xəbər lenti