Əşrəf Qaninin qızı Nyu-Yorkda hipster həyatı sürür

   Əşrəf Qaninin qızı Nyu-Yorkda  hipster həyatı  sürür
  21 Avqust 2021    Oxunub:7994

Taliban yaraqlıların ələ keçirdikləri Əfqanıstanda öz hakimiyyətlərini gücləndirməyə çalışdıqları bir vaxtda ümidsiz qalan əfqanlar nəyin bahasına olursa olsun ölkədən çıxmağa çalışırlar.
Azvision.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, Əfqanıstan Prezidentinin hipster qızı Nyu -Yorkda rahat həyat sürür. Atası Kabildən "169 milyon dollar nağd pulla" qaçdıqdan sonra Dubayda sığınacaq alıb.


Bir İngilis qəzetinin yazdığına görə, sürgündə olan Əfqanıstan Prezidenti Əşrəf Qaninin qızı 42 yaşlı Məryəm Qani cümə axşamı günü Nyu-Yorkda bir dostu ilə sakitcə gəzərkən şəkil də çəkdirib.

“New York Post”un yazdığına görə, Məryəm Qani Brooklin, Clinton Hilldəki lüks bir evdə bohem sənətçi həyatı yaşayır və əvvəllər özünü " tipik bir Brooklin qadını" adlandırıb.

Amerikada doğulub böyüyən sənətçi və rejissorun Əfqanıstandakı qadınlardan çox fərqli bir həyat tərzi keçirdiyi söylənilir.

“New York Times” 2015-ci ildə Məryəm Qanidən aldığı müsahibədə onu başdan-başa kitablarla dolu rəflər, Hələb üslübünda tikilmiş yastıqlar və Türkmənistan xalıları fonunda təsvir etmişdi. Soyuducusu motivasiyaedici sözlər və maqnitlərlə bəzədilmişdi. Mətbəx rəfləri özünün tutduğu yaşıl pomidor turşuları ilə dolu idi.Əfqanıstan prezidentinin qızı, həyat tərzini şərh edərkən "Mən tipik bir Brooklin qadınıyam" demişdi.

“Taliban”ın Əfqanıstanı ələ keçirilməsi ilə bağlı jurnalistlərlə danışmaqdan imtina edən Məryəm Qani amerikalıları Taliban qiyamından təsirlənmiş və hələ də təsirlənən əfqanıstanları müdafiə etmək üçün danışıqlar aparmağa çağırır. O, çərşənbə axşamı günü sosial mediada hesabında yazıb: "İndi əfqanlara kömək etmək üçün əlimizdən gələni etməliyik".



"Əfqanıstanda ailəsi, dostları və həmkarları üçün dəhşətli dərəcədə qorxduğunu" söyləyən Qani ABŞ vətəndaşlarını, seçilmiş məmurları Əfqanıstan qaçqınlarının deportasiyasını dayandırmağa və xüsusi immiqrasiya vizalarının verilməsini sürətləndirməyə çağırıb.

"Son günlər qeydiyyatdan keçən və həmrəyliyini ifadə edən hər kəsə təşəkkür edirəm. Bu, çox şey deməkdir. Onlar üçün əlimdən gələni etməyə çalışıram”, - o qeyd edib.

Prezidentin qızı bildirib ki, amerikalılar seçilmiş məmurlarla əlaqə yaratmaqla yanaşı, qaçqın və köçkünlərə kömək edən bir neçə təşkilata ianə verə və ya könüllü ola bilərlər.

Məryəm Qani incəsənət qurumlarına və mədəniyyət xadimləri birliklərinə, həmçinin fondlara, incəsənət institutlarına və akademik qurumlara müraciət edərək, "Taliban rejiminin təhlükə riski altında" olan əfqan sənətçilərinin, jurnalistlərin və fəalların köçürülməsinə sponsorluq etməyə çağırıb.



Məryəm Qani Brooklində anadan olub, Merilənd şəhəri ətraflındakı qəsəbələrdən birində böyüyərək, bütün yetkin həyatını sənətə və müəllimlik karyerasına həsr edib. Əsərləri Londondakı Tate Modern, Nyu-Yorkdakı Guggenheim və MOMA da daxil olmaqla dünyanın müxtəlif muzeylərində sərgilənib.

Nyu-York Universitetində və Manhetten Vizual Sənət Məktəbində təhsil alıb. 2018-ci ildə Vermont ştatının Bennington Kollecinin müəllimi olub.

Xaricdə böyüyən Məryəm yalnız 2002 -ci ildə 24 yaşında ikən Əfqanıstana gedə bilib. Ancaq sənəti üçün ilhamı ailəsindən və vətənindən, multikultural tərbiyəsindən alır.

Əfqanıstana rəhbərlik edən atası Əşrəf Qani bu yaxınlarda “Taliban”ın paytaxt Kabili ələ keçirməsi ərəfəsində gizli şəkildə ölkədən qaçıb. Onun 169 milyon dollar məbləğində 4 maşın pulu helikopterə yüklədərək ölkəni tərk etdiyi bildirilir. Pulun bir hissəsinin helikopterə sığmadığı üçün uçuş yerində qaldığı iddia edilir.
Çərşənbə günü BƏƏ-dən danışan Əşrəf Qani pulla bağlı söylənənləri təkzib esib.

Nadir Quliyev
Azvision.az



Teqlər: MəryəmQani   Hipster  





Xəbər lenti