Kuril adalarında "praktiki ofşor" yaradılacaq

   Kuril adalarında   "praktiki ofşor"    yaradılacaq
  21 Avqust 2021    Oxunub:1493
Rusiya Federasiyası Baş nazirinin müavini Yuri Trutnev Kuril adalarında ofşora yaxın sərbəst vergi zonası yaratmaq planlaşdırıldığını açıqlayıb.
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, RF Baş nazirinin müavini Yuri Trutnev RBK-ya müsahibəsində hökumətinin Kuril adalarında sərbəst vergi zonası yaratmağı planlaşdırdığını söyləyib.

" Bura praktik olaraq ofşordur. Yəni Kuril adalarında demək olar ki, heç bir vergi olmayacaq . Bu birincisi. İkincisi, nəinki vergi dərəcələri ləğv ediləcək, adalarda həm də investisiya və kommersiya fəaliyyəti ilə məşğul olacaq müəssisələrin və insanların vergi ödəmək öhdəliyi olmayacaq", - o izah edib.

Bundan əlavə, Baş nazirin müavininin sözlərinə görə, ən azı on il ərzində heç bir yoxlama aparılmaması təklif olunur.

Dəqiq rəqəmlər hələ ki müzakirə olunur, - Trutnev yekunlaşdırıb.



Ötən həftə RF Baş naziri Mixail Mişustin Kuril adalarında xüsusi vergi rejiminin yaradılması ilə bağlı təklifləri sentyabrın 1-dək təqdim etməyi tapşırıb. Söhbət adalarda fəaliyyət göstərən təşkilatların gəlir, əlavə dəyər və əmlak, torpaq və nəqliyyat vergilərindən azad edilməsindən gedir. Bundan başqa, sərbəst gömrük zonası prosedurunun tətbiq edilməsi və sığorta haqları üzrə məcburi ödəniş dərəcələrinin 7,6 faiz miqdarında azaldılması təklif olunur.

Nadir Quliyev
Azvision.az



Teqlər: Kuril   Ofşor  





Xəbər lenti