Rusiya Buryatiyaya OMON yeritdi: 7 təhlükəli məhbus qaçıb

   Rusiya Buryatiyaya OMON yeritdi:   7 təhlükəli məhbus qaçıb
  21 Avqust 2021    Oxunub:2316
Rusiyanın Buryatiya bölgəsində 7 məhbus psixiatriya dispanserindən qaçıb. Azvision.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin regional bölməsi məlumat yayıb.
"Bölmədə 59 nəfər var idi. Onlardan 7-si yoxa çıxıb. Ruhi dispanserin bütün işçiləri dərhal hadisə yerinə çağırılıb",-məlumatda deyilir.

Rusiya mediası Buryatiyanın səhiyyə naziri Evgeniya Ludupova, müavini Natalya Loginina və səfərbərlik və xüsusi işlər üzrə məsləhətçi Olqa Okaninanın, OMON və "SOBR" döyüşçülərinin, Daxili İşlər Nazirliyi rəhbərliyinin də hadisə yerinə cəlb edildiyini yazıb. Bildirilir ki, qaçış zamanı onlara mane olan sanitar yaralanıb.

Səhiyyə Nazirliyi və Buryatiya hökuməti yerli sakinlərdən ayıq olmalarını və uşaqlarını nəzarətdə saxlamalarını xahiş edib. Ölkədə həyəcan siqnalı çalınıb. Bundan başqa rəhbərlik dispanserdən qaçan məhbuslarla bağlı xəbər verənlərin mükafatlandırılacağını bəyan edib.

Qeyd edək ki, Rusiyada bəzi məhkumlar bu dispanserdə məcburi müalicədən keçirlər.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya   Dispanser  





Xəbər lenti