Ermənistanda "şalvarsız aksiya": Polis mitinqçilərə zor tətbiq edib- VİDEO

      Ermənistanda "şalvarsız aksiya":    Polis mitinqçilərə zor tətbiq edib-   VİDEO
  21 Avqust 2021    Oxunub:7348
Ermənistanın Getavan rayonundakı İrəvan Fizika İnstitutu yaxınlığında növbəti dəfə etiraz aksiyası keçirilib. Etirazlara səbəb el arasında "Fizqorodok" kimi tanınan bu ərazidə qanunsuz tikiliyə start verilməsi olub.
Azvision.az xəbər verir ki, sakinlər çoxmərtəbəli binaların inşasına qarşı mübarizə aparmaq üçün meydana toplaşsalar da, polis zor tətbiq edərək etirazçıları dağıdıb.

Yerli medianın yazmasına görə, artıq ərazidə iki gündür oxşar hal yaşanır. Bu gün isə, polislər aksiyaçılara qarşı xüsusi qəddarlıqla davranıblar. Bir qrup yerli sakin saxlanılıb. Polisin kobud davranışları sosial şəbəkələrin erməni seqmentində narazılıqla qarşılanıb.

"Ordumuz qarşımızda duran prioritet vəzifələri həll edə bilməz" - Oskanyan
Acapnyak başçısının keçmiş müavini Aram Manukyan yerli mediaya verdiyi açıqlamada "Fizqorodok"da bugünkü etiraz aksiyası zamanı çəkilmiş fotoşəkilin utanc verən biri hadisə olduğunu söyləyib:

"Ermənistan Polisi və İnsan Hüquqları Müdafiəçisinə sual edirəm, bu normal bir haldırmı ki, bir insana qarşı bu cür münasibət sərgilənib?".

Qeyd edək ki, artıq bəzi sosial şəbəkə istifadəçiləri mitinqə rəmzi mənada "şalvarsız aksiya" adını qoyaraq xüsusi həştəqlərlə lüt aparılan erməninin fotolarını paylaşırlar.



Tural Tağıyev
Azvision.az



Teqlər:   Aksiya   Ermənistan  





Xəbər lenti