Peyvənd olunanların sayı açıqlandı

  21 Avqust 2021    Oxunub :694
Peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 64 714 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a məlumat verilib. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 291, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 423 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 110 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 667 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 442 691 təşkil edir.


Azvision.az

Teqlər: Peyvənd  






Xəbər lenti