Moskvada qumbara partlayışı olub: Üç nəfər ölüb

  21 Avqust 2021    Oxunub :785
Moskvada qumbara partlayışı olub:   Üç nəfər ölüb
Moskvada yaşayış evində qumbara partlayıb.
Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Təcili yardım xidmətinin nümayəndəsi jurnalistlərə verdiyi açıqlamada bildirib ki, paytaxtın şimal-qərbindəki mənzillərdən birində qumbaranın partlaması nəticəsində iki kişi və bir uşaq ölüb. İki nəfər isə ağır yaralanıb.Mənzildə xəsarət almayan qadın da olub.

Ehtimal edilir ki, yaralanan yeniyetmə partlayıcını hadisədən bir qədər əvvəl mənzilə gətiribmiş.

Tural Tağıyev
Azvision.az

Teqlər: Moskva   Qumbara  







Xəbər lenti