"Qani sülh haqqında danışmaq istəmirdi"- Rusiyalı səfir

   "Qani sülh haqqında danışmaq istəmirdi"-   Rusiyalı səfir
  21 Avqust 2021    Oxunub:1696
Rusiyanın Əfqanıstandakı səfiri Dmitri Jirnov "Spiegel"ə verdiyi müsahibədə Əfqanıstanın keçmiş prezidenti Əşrəf Qani haqqında maraqlı fikirlər səsləndirib.
Azvision.az xəbər verir ki, o Qaninin şəxsi görüşlərdə həmişə ölkədəki sülh prosesini müzakirə etməkdən imtina etdiyini bildirib.

"Bəyənmədiyim tək şey bu idi ki, o sülh prosesi haqqında danışmaq istəmirdi... Həmişə mövzunu dəyişirdi",-Jirnov deyib.

Səfir, prezidentlə iki dəfə danışıq apardığını və ikitərəfli iqtisadi əlaqələr mövzusuna toxunduğunu, ancaq söhbət sülh prosesinə gəldikdə eks-prezident mövzunu dəyişdiyini xatırladıb. Eyni zamanda Jirnov Qanini təhsilli və təcrübəli bir insan kimi xarakterizə edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan   Səfir  





Xəbər lenti