"Kürəkənin qaynanasını döyməsi faktı araşdırılır" - DİN

  22 Avqust 2021    Oxunub :660
   "Kürəkənin qaynanasını döyməsi faktı araşdırılır" -    DİN
Bəzi sosial şəbəkə səhifələrində Hacıqabul rayon sakini olan qadının kürəkəni tərəfindən döyülməsi və bu məsələnin araşdırmaması ilə bağlı iddialar paylaşılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azvision.az - a bildirilib ki, rayon polis şöbəsi tərəfindən şikayətə baxılmaması ilə bağlı iddialar həqiqəti əks etdirmir.

Belə ki, avqustun 20-də Hacıqabul rayon sakini Süriyya Xudayarovanın sifət nahiyəsindən aldığı xəsarətlərlə əlaqədar Hacıqabul RMX-na müraciət etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Eləcə də zərərçəkən qadın və qızları Rayon Polis Şöbəsinə müraciət edərək, həmin hadisə barədə məlumat veriblər.

Daxil olmuş məlumat və müraciətlərlə əlaqədar dərhal Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, zərərçəkənin və yaxınlarının izahatları alınıb. Aparılan araşdırmalar nəticəsində S.Xudayarovaya kürəkəni M.Nəzərov tərəfindən xəsarət yetirildiyi müəyyən edilib. Hazırda faktla bağlı RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Azvision.az

Teqlər: DİN  







Xəbər lenti