Saatlıda ev yanıb, 1 nəfər xəsarət alıb

Saatlıda ev yanıb,    1 nəfər xəsarət alıb
  22 Avqust 2021    Oxunub:1765
Saatlı rayonunda xəsarətlə nəticələnən yanğın hadisəsi olub.
Bu barədə Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Qıraqlı kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları 85 m² sahədə və çardağı yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: Yanğın   FHN  





Xəbər lenti