Lənkəranda su kanalında batan 16 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB

Lənkəranda su kanalında batan 16 yaşlı oğlanın meyiti tapılıb -  YENİLƏNİB
  22 Avqust 2021    Oxunub:1607
Lənkəran şəhərinin Nərimanabad kəndində su kanalında batan 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun axtarışları başa çatıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, R.Qasımovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***
18:19
Lənkəranda su kanalında boğulma hadisəsi baş verib.

Azvision.az bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə Nərimanabad kəndində 2005-ci il təvəllüdlü Qasımov Rəşad Vüsal oğlunun su kanalında batması barədə məlumat daxil olub. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az




Teqlər: Boğulma  





Xəbər lenti