Azərbaycanda koronavirusun üçüncü dalğası yaşanır

  22 Avqust 2021    Oxunub :785
      Azərbaycanda koronavirusun üçüncü dalğası yaşanır
"Artıq Azərbaycanda koronavirusun üçüncü dalğası yaşanır".
Azvision.az xəbər verir ki, bunu Səhiyyə Nazirinin birinci müavini Teymur Musayev Real Tv-yə müsahibəsində deyib.

COVID-in "Delta" ştammının sürətlə yayıldığını deyən nazir müavini qeyd edib ki, burada ağırlaşma və ölüm faizi digər ştammlardan aşağıdır.

"İnsanlara tövsiyə edərdim ki, simptomları hiss edəndə test verib, həkim məsləhəti ilə müalicə olunsunlar. Evdə özlərini müalicə etməsinlər".

Aytən Zəhra
Azvision.az

Teqlər: Delta  







Xəbər lenti