Kabil hava limanında atışma olub, ölən və yaralılar var

Kabil hava limanında atışma olub,    ölən və yaralılar var
  23 Avqust 2021    Oxunub:908
Bu gün səhər Kabil hava limanında ölkənin təhlükəsizlik qüvvələri ilə naməlum şəxslər arasında atışma baş verib. Hadisə nəticəsində Əfqanıstanın təhlükəsizlik qüvvələrinin bir əməkdaşı ölüb, üç nəfər isə yaralanıb.
Azvision.az xəbər verir ki, bu barədə Bundesverin əməliyyat komandanlığı (Almaniya Silahlı Qüvvələri) öz "Twitter" səhifəsində məlumat yayıb.

Qeyd olunub ki, atışma Kabil hava limanının şimal qapısında baş verib.
Amerika və Almaniya hərbçiləri də atışmada iştirak edib, onlardan heç biri xəsarət almayıb.

"Taliban" Kabilə girdikdən sonra minlərlə insan ölkəni tərk etmək ümidi ilə paytaxt hava limanına axın etməyə başlayıb. Bununla əlaqədar izdiham yaranıb, dinc insanlar arasında ölənlər var. ABŞ və britaniyalı hərbçilər Əfqanıstada çalışan əcnəbi heyətin və xarici missiyalarla əməkdaşlıq edən əfqanların təxliyəsi ilə məşğuldur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Kabil   Atışma  





Xəbər lenti