"Qani Əfqanıstanda yaşaya bilər - "Taliban" nümayəndəsi

 "Qani Əfqanıstanda yaşaya bilər -    "Taliban" nümayəndəsi
  23 Avqust 2021    Oxunub:2072
“Taliban” Əşrəf Qanini təqib etməyəcək. O, geri dönüb, Əfqanıstanda yaşaya bilər.

Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının nümayəndəsi Xəlil Ür-Rəhman Hakkani bildirib.
Onun sözlərinə görə, "Taliban" Əşrəf Qani də daxil olmaqla, Əfqanıstan hökumətinin bütün məmurlarına amnistiya tətbiq edib.

Əlavə edib ki, "Taliban"la devrilmiş prezident Əşrəf Qani, vitse -prezident Əmrulla Saleh və milli təhlükəsizlik müşaviri Həmdullah Mohib arasında düşmənçilik yoxdur.

-Bizə qarşı vuruşan generaldan sadə insana qədər, hər kəsi bağışlayırıq,- o deyib.

Hakkani, ölkədən qaçan əfqanları da bunu etməməyə çağıraraq, "Taliban"ın onlardan qisas alacağı təbliğatının düşmənlər tərəfindən aparıldığını vurğulayıb.

O, ölkədə yaşayan bütün millətlərin özünü sakit hiss edəcəyinə vəd verib.

-Taciklər, bəlucilər, xəzərlər və puştunlar hamısı bizim qardaşlarımızdır, - Hakkani söyləyib.

Buna baxmayaraq, media Əfqanıstanı tərk etmək istəyənlərin sayının hələ də çox olduğunu yazır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti