"Semaşko" koronaviruslu xəstələr üçün ayrıldı

   "Semaşko" koronaviruslu xəstələr üçün ayrıldı
  23 Avqust 2021    Oxunub:1493
1 saylı Klinik Tibbi Mərkəz koronaviruslu xəstələrin müalicəsinə ayrılıb.
Bu barədə faktı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Azvision.az -a təsdiqləyiblər.

Bundan sonra “Semaşko” kimi tanınan xəstəxana artıq koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olacaq.

Qeyd edək ki, son günlər ölkədə koronavirusa yoluxanların və ölənlərin sayı artır. Belə ki, avqustun 22-ə olan məlumata əsasən Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 069 yeni yoluxma faktı qeydə alınıb, 29 nəfər vəfat edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Xəstəxana  





Xəbər lenti