ABŞ növbəti müharibəni Çinə qarşı edəcək

   ABŞ növbəti müharibəni Çinə qarşı edəcək
  23 Avqust 2021    Oxunub:1344
ABŞ-ın öz demokratik ideologiyasına xəyanət etməsi səbəbindən Əfqanıstanda baş verənlər və “vicdan əzabı” gələcəkdə Amerikanı gözləyən hadisələrlə müqayisədə "gül-çiçək" kimi görünəcək. Yaxın gələcəkdə Tayvanı Çindən qorumağa çalışan əsl diplomatik, iqtisadi və hərbi qarşıdurma başlaya bilər.
Azvision.az xəbər verir ki, bu barədə Amerikanın “The New Yorker” nəşrinin jurnalisti keçmiş müdafiə nazirinin köməkçisi Elbric Kolbiyə istinadən məlumat verib.

O izah edib ki, Tayvanın müstəqilliyini yalnız ABŞ təmin edə bilər, ona görə də adaya mümkün eniş etmək üçün indidən hazırlaşmalıdır. Əks təqdirdə, ÇXR-in işğalının nəticələri bütün bəşəriyyət üçün ağır olacaq.

Kolbi Çinin Asiya bölgəsində hegemon olduğunu iddia edir. Eyni zamanda, Çinlə müharibədən sonra növbənin İran və Rusiyaya çatmalı olduğunu bildirir.

Nadir Quliyev
Azvision.az



Teqlər: ABŞ   Çin   Müharibə  





Xəbər lenti