Keçmiş məhkumdan 4 kq marixuana götürülüb

Keçmiş məhkumdan 4 kq marixuana götürülüb
  23 Avqust 2021    Oxunub:1035
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən tədbir zamanı rayonun Qazangül qəsəbə sakini, əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə məşğul olduğu üçün məhkum olunmuş Sahibəli Cəfərov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman həyətində saxladığı özünə məxsus “VAZ-2107” markalı avtomobilin yük hissəsindən 4 kiloqram marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Azvision.az



Teqlər: Zaqatala   Narkotik  





Xəbər lenti