Çin COVID-19-u dayandırıb

   Çin    COVID-19-u    dayandırıb
  23 Avqust 2021    Oxunub:1218
Azvision.az INTERFAX.RU nəşrinə istinadən xəbər verir ki, Çin Xalq Respublikası Dövlət Səhiyyə Komitəsi bazar ertəsi günü yaydığı məlumata görə, ötən bazar günü Çində COVID -19-a cəmi 21 yeni yoluxma aşkarlanıb və onların hamısı xaricdən gəlib.
İyul ayından ötən bazar gününə qədər ölkədə heç bir yoluxma və virusun ölkə daxilində yayılması qeydə alınmamışdı.

Xəstəliklə bağlı son daxili sıçrayış 20 İyulda, Nanjing şəhərinin şərqindəki Jiangsu əyalətinin inzibati mərkəzinin beynəlxalq hava limanında xaricdən gələn təyyarələri təmizləyən işçilərdə koronavirus aşkar edildikdə qeydə alınıb. Nanjingdən virus Çin ərazisinin əhəmiyyətli bir hissəsinə yayılıb və ölkə daxilində ümumilikdə 1,2 mindən çox yoluxma hadisəsi təsdiqlənib.

Bununla əlaqədar səlahiyyətlilər virusdan təsirlənən ərazinin genişlənməsinin qarşısını almaq üçün sərt tədbirlər görüblər: o cümlədən sərt qapanmaya gedərək, xəstəliklərin yayılmasının qeyd edildiyi bölgələrlə nəqliyyat vasitələrinin məhdudlaşdıraraq, praktiki olaraq təsirlənmiş bölgələrdə əhalini başdan-başa testdən keçiriblər.

Çində COVID-19 pandemiyası zamanı 94 min 652 COVID-19 hadisəsi qeydə alındı, 4 min 636 nəfər infeksiya ilə əlaqəli xəstəliklərdən ölüb. Son ölüm 2021 -ci ilin yanvarında qeydə alınıb.

Nadir Quliyev
Azvision.az



Teqlər: Çin   Covid-19  





Xəbər lenti