Yunanıstanda peyvənd olunan 2 nəfər virusdan ölüb

  23 Avqust 2021    Oxunub :521
Yunanıstanda peyvənd olunan 2 nəfər virusdan ölüb
Yunanıstanda daha bir COVID-19 əleyhinə tam peyvənd edilən şəxs vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə “Proto Thema” qəzeti məlumat yayıb. Zakinf adasındakı xəstəxananın reanimasiya şöbəsində süni nəfəs aparatında olan 77 yaşlı kişi bazar günü koronavirusdan ölüb. O, iyulun 30 -da xəstəxanaya yerləşdirilib və səhhəti pisləşdikdən sonra avqustun 10 -da süni nəfəs aparatına yerləşdirilib.

Qəzet qeyd edir ki, həkimlər tam peyvənd edilməsinə baxmayaraq, ciddi xəstəlikdən əziyyət çəkən və peyvəndin təsirini əhəmiyyətli dərəcədə azaldan güclü dərmanlar qəbul edən pasiyenti xilas edə bilməyiblər. Bundan əvvəl, 15 avqustda “Open” telekanalı “Pfizer”lə vaksinasiya olunan xəstənin öldüyünü bildirmişdi.

Azvision.az

Teqlər: Yunanıstan  







Xəbər lenti