Peyvənd olunanların son sayı açıqlanıb

  23 Avqust 2021    Oxunub :582
Peyvənd olunanların son sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 348 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 279, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 170 724, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 713 422 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 457 302 təşkil edir.

Azvision.az

Teqlər: Peyvənd  







Xəbər lenti