"III qrupun abituriyentlərinə II qrupu seçmək imkanı verilməlidir" - Təhsil eksperti

 "III qrupun abituriyentlərinə II qrupu seçmək imkanı verilməlidir" -  Təhsil eksperti
  24 Avqust 2021    Oxunub:1450
Artıq 4 ildən çoxdur ki, ali məktəblərə qəbul imtahanlarından sonra III ixtisas qrupu üzrə abituriyentlərə ciddi haqsızlıq edilir. Bu il də III ixtisas qrupunda təklif edilən yerlərin sayı abituriyentlərin sayından aşağıdır. 16 min 567 abituriyent 12 min 853 yer uğrunda mübarizə aparır. Ayrılan yerlərin sayı az olduğundan 4 minə yaxın abituriyent ali məktəbə qəbul ola bilməyəcək.
Azvision.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, II ixtisas qrupunda 13 min 642 yer üzrə cəmi 8 min abituriyent mübarizə aparır:

"Bu qrupda 5 mindən çox plan yeri boş qalacaq. Təhsil nazirliyi onsuz da yaz və payız sessiyasından sonra tələbələrin köçürülməsi zamanı III ixtisas qrupu abituriyentlərinə II ixtisas qrupunu seçmək imkanı verir.



Deməli, III ixtisas qrupu üzrə ali məktəblərə qəbul ola bilməyən abituriyentlərə 2-ci turda boş qalan yerlərə II ixtisas qrup üzrə ixtisasları seçmək imkanı verilməlidir.

Bu, həm tələbələrin xaricdə təhsil almasının qarşısını almaq, həm də universitetlərin iqtisadi vəziyyəti üçün vacibdir.

II ixtisas qrupu üzrə 5 min yeri boş qalacaq ki, bu da azı 12.500.000 min manat vəsait itkisidir. Həmin vəsait itkisi universitetlərin iqtisadi inkişafına maneə yaradır".

Aytən Zəhra
Azvision.az


Teqlər: İxtisasseçimi  





Xəbər lenti