Çin Navalnı məsələsini Rusiyanın daxili işi hesab edir

      Çin Navalnı    məsələsini Rusiyanın daxili işi hesab edir
  24 Avqust 2021    Oxunub:1490
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin Qərbin Navalnı ilə bağlı sanksiyalar tətbiq etmək üçün heç bir əsası olmadığını bildirib
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin bazar ertəsi günü keçirdiyi brifinqdə bildirib ki, Çin Aleksey Navalnı ilə bağlı baş verən hadisəni Rusiyanın daxili işi hesab edir; Qərbin bu bəhanə ilə birtərəfli sanksiyalar tətbiq etmək üçün heç bir əsası yoxdur.

Xatırladaq ki, cümə günü ABŞ Maliyyə Nazirliyi Aleksey Navalnının "zəhərlənməsinin" ildönümü ilə əlaqədar olaraq yeni sanksiyalar elan edib. Sanksiyalar FSB Kriminal Ekspertiza İnstitutunun bir sıra əməkdaşlarına, habelə Rusiya Federasiyası Müdafiə Nazirliyinin strukturuna daxil olan Hərbi Tibbi Sınaq İnstitutuna tətbiq olunacaq.

Rusiya səfirliyi Londonu Navalnıya qarşı sanksiyalara görə qisas almaqla hədələyib.


"Navalnı ilə bağlı hadisəyə gəlincə, Çin dəfələrlə vurğulayıb ki, bu, yalnız Rusiyanın daxili işidir", - diplomat bildirib.

Nadir Quliyev
Azvision.az



Teqlər: Çin   Navalnı  





Xəbər lenti