Peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb

 Peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb
  24 Avqust 2021    Oxunub:744
Respublika üzrə ümumtəhsil müəssisələrində 137 min nəfər, yəni 61 faiz hər iki dozanı vurduran şəxslərdir. I dozanı vurduranların sayı 162 min, yəni 72 faizdir
Azvision.az xəbər verir ki, bunu t əhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. Onun sözlərinə görə, bu gün Qazax, Yardımlı, Astara, Neftçala, Lerik, Zərdab və Gəncə rayonları təhsil şöbələrinin işçiləri və müəllimlərinin əksəriyyəti hər iki doza vaksini vurdurub.

“Ali təhsil müəssisələrində hər iki dozanı 16 min, yalnız birinci dozanı 20 min adam, peşə məktəblərində isə birinci dozanı 3451 nəfər, ikinci dozanı 3038 nəfər vurdurub.

Aytən Zəhra
Azvision.az





Teqlər: Vaksin  





Xəbər lenti