Yunanıstan əfqanlara görə Türkiyə ilə sərhəddə divar hörür

   Yunanıstan  əfqanlara görə Türkiyə ilə sərhəddə divar hörür
  24 Avqust 2021    Oxunub:1497
Yunanıstan Əfqanıstan miqrantları səbəbindən Türkiyə ilə sərhəddə 40 kilometrlik bir divar çəkir
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Yunanıstan Türkiyə ilə sərhəddə 40 kilometrlik divarın inşasını başa çatdırıb. Vətəndaşların Müdafiə Naziri Mixalis Xrsohoidis tikilinin ölkəni Əfqanıstandan gələn miqrantlardan qorumağa xidmət edəcəyini yazıb.

O qeyd edib ki, Əfqanıstan böhranı geosiyasi vəziyyəti dəyişir və miqrasiya axını üçün imkanlar yaradır.

"Mümkün nəticələri passiv şəkildə gözləyə bilmərik. Demokratiyanı, insan hüquq və azadlıqlarını dəstəkləyirik, ancaq miqrasiya axınının yarana biləcək problemlərə çevrilməsinə icazə verə bilmərik”, - o deyib.

Xrsohoidisin sözlərinə görə, vahid avtomatlaşdırılmış elektron sərhəd nəzarət sisteminin yaradılması da tamamlanıb.

Bundan əvvəl Avropa Parlamentinin sədri David Sassoli Əfqanıstandan Avropaya yeni qaçqın dalğası barədə xəbərdarlıq etmiş və buna hazırlaşmağa çağırmışdı.

Nadir Quliyev
Azvision.az



Teqlər: Yunanıstan   Əfqanıstan   Qaçqınlar  





Xəbər lenti