KTMT Əfqanıstana silah göndərib?

KTMT  Əfqanıstana silah göndərib?
  24 Avqust 2021    Oxunub:2007
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Talibanla mübarizə aparmaq üçün Tacikistandan Əfqanıstanın Pəncşir əyalətinə silah tədarükü ilə bağlı heç bir məlumatı yoxdur. Bu haqda “RİA Novosti”yə təşkilatın baş katibi Stanislav Zas məlumat verib.
Daha əvvəl “Herat Times” Telegram kanalı bir mənbəyə istinadən Talibanın nəzarət etmədiyi Pəncşir əyalətində yerləşən müqavimət qüvvələrinə Tacikistandan silah göndərdiyini xəbər vermişdi.

"Xeyr, belə bir məlumatımız yoxdur" , - cənab Zas Pəncşir ilə Tacikistan arasında hava dəhlizi qurulduğuna və silahların onun vasitəsilə Əfqanıstan əyalətinə çatdırılmasına dair sübutların olub-olmamasına dair suala cavab olaraq deyib.

Qeyd edək ki, Taliban Əfqanıstanın Pəncşir əyalətindəki müqavimət qüvvələrini mühasirəyə alıb. Özünü Əfqanıstan prezidenti vəzifəsinin icraçısı elan edən Əmrullah Saleh də bütün əfqanların Talibanla mübarizəyə çağrıldığı Pəncşir dərəsində yerləşir. Taliban Rusiya səfirliyindən dərədəki silahlılara münaqişəni sülh yolu ilə həll etmək istəyi ilə bağlı "siyasi siqnal" göndərməsini istəyib.

Nadir Quliyev
Azvision.az



Teqlər: KTMT   Əfqanıstan   Silah  





Xəbər lenti