Bir həftədə 4,5 milyondan çox insan koronavirusa yoluxub

  25 Avqust 2021    Oxunub :415
   Bir həftədə 4,5 milyondan çox insan koronavirusa yoluxub
Son bir həftə ərzində dünyada 4,5 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 68 mindən çox insan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı həftəlik bülletenində son hesabatında bildirilib.

Avqustun 16-dan 22-dək dünyada 4 525 863 yoluxma aşkarlanıb ki, bu da əvvəlki yeddi günün göstəricilərindən (4 444 632) 80 mindən çoxdur. Son bir həftə ərzində 68 339 ölüm hadisəsi qeydə alınıb ki, bu da əvvəlki həftənin (66 506) səviyyəsindən 1.8 mindən çoxdur.

Avqustun 22-nə olan məlumata görə, dünyada 211 288 358 yoluxma var. Pandemiyanın başlanğıcından bəri 4 422 666 nəfər ölüb. Buna baxmayaraq, ÜST həftənin statistik göstəricisini iki aylıq artımdan sonra sabit olaraq qiymətləndirib.

Azvision.az

Teqlər: Koronavirus  







Xəbər lenti