Ermənistan parlamentində dava: Deputatlar bir-birlərinə butulka atdı - VİDEO

  Ermənistan parlamentində dava:  Deputatlar bir-birlərinə butulka atdı -  VİDEO
  25 Avqust 2021    Oxunub:3931
Bu gün Ermənistan parlamentində yenidən dava düşüb, deputatlar bir-birlərinə butulka atıblar. Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-lər məlumat yayıb. Davaya səbəb hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Ayk Sarkisyanın çıxışı olub.
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini paralel yerləşdirəcək
Deputat dolayısı ilə sabiq müdafiə naziri Seyran Ohanyanı vətən xaini adlandırıb. O deyib ki, pulla və ya zənglə insanları hərbi xidmətdən yayındıran bütün müdafiə nazirləri vətən xainidir" ordudan azad edilən bütün müdafiə nazirləri vətən xainləridir.

Bundan sonra, keçmiş müdafiə naziri Seyran Ohanyanla mübahisə başlayır və o,
Sarkisyana butulka atıb. Ardınca müxalifət və “Vətəndaş müqavilə”sinin deputatları bir -birlərinə butulkalar atmağa başlayıblar.

Xatırladaq ki, dünən də Ermənistan parlamentində deputatlarla təhlükəsizlik xidməti əməkdaşları arasında dava olmuşdu.



Azvision.az


Teqlər: Ermənistan   Parlament  





Xəbər lenti