Qaxdakı yanğın məhdudlaşdırılıb

  25 Avqust 2021    Oxunub :434
Qaxdakı yanğın məhdudlaşdırılıb
Qax rayonunun Güllük kəndi ərazisində hündür dağ zirvəsində dünən axşam saatlarından başlayan yanğın məhdudlaşdırılıb.
Azvision.az -ın məlumatına görə, əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası, 40 nəfər şəxsi heyəti, o cümlədən meşə təsərrüfatı və Güllük kəndindən 20 nəfər sakin qatılıb.

Yanğın səhər saatlarında məhdudlaşdırılıb. Yanğın zamanı 200 kvadratmetr ərazi yanıb.

Azvision.az

Teqlər: Qax   Yanğın  







Xəbər lenti