Almanlar "Krım Platforması"nı reallığın inkarı adlandırdılar

   Almanlar    "Krım Platforması"nı   reallığın inkarı adlandırdılar
  25 Avqust 2021    Oxunub:1339
“Die Zeit” qəzetinin alman oxucuları Zelenskinin Krımın "qaytarılması" ilə bağlı sammitdə verdiyi açıqlamaları lağa qoyublar.
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, Almaniyanın “Die Zeit” qəzetinin oxucuları "Krım Platforması" beynəlxalq zirvəsini tənqid edərək, onu "reallığın kollektiv inkarı" kimi qiymətləndiriblər.

Görüşdə Ukrayna Prezidenti Vladimir Zelenski "Krımın işğalı ilə barışmayacaqlarını" bəyan edib və yarımadanı yeddi il ərzində işləməyən hərbi bazaya çevirən Rusiyadan şikayətlənib. Tədbirin digər iştirakçıları da bu mövqe ilə razılaşıblar və " ilhaqın qanuniləşdirilməsinin" aradan qaldırılmasını tələb ediblər.

“Die Zeit” oxucuları, eyni zamanda, yarımadanın Kiyevə qaytarılması ilə bağlı bəyanatların qeyri-ciddi olduğunu və daxili siyasi təbliğatdan başqa bir şey olmadığını, Ukraynanın hərbi potensialının məsələni hərbi əməliyyat yolu ilə həll etmək üçün çox zəif olduğunu düşünürlər.

"Nə qədər arzu etsək də, bu necə baş verə bilər axır? Rusiya Krımı qaytaracaq? Elə-belə? Görünür, Ukrayna prezidenti özünü yenidən aktyor və komediya ustası yerində hiss edir" , - “Zweispruch” yazır.

"O, hələ də zarafat etməyin böyük ustasıdır" , - “Euromongo all stars”.ləqəbli şərhçi kəskin tərzdə deyib.



Bəzi oxucular 2014 -cü ildə krımlıların konkret seçim etdiyini, xatırladıblar və qeyd ediblər ki, buna görə xalqın iradəsinə doğru addım atan Rusiyanı alqışlamaq lazımdır.

"Yəni kimsə ciddi şəkildə Ukraynanın NATO və AB -yə üzv olacağını, Krımı Rusiyanın strateji əhəmiyyətli hərbi bazaları ilə birlikdə ora apareacağını və Rusiyanın buna müdaxilə etməyəcəyini düşünür?" - PET111 hiddətlə yazıb.

Ukraynanın təşəbbüsü ilə keçirilən “Krım Platforması” zirvəsi avqustun 23-də Kiyevdə baş tutub və orada yarımadanın "qaytarılması" məsələsi müzakirə olunub. Sammitdə 40-dan çox ölkə və beynəlxalq təşkilat iştirak edib. Vladimir Zelenski "Krımın Rusiyanın işğalından azad edilməsi üçün güclü beynəlxalq koalisiya yaradıldığını" bəyan edərək, tədbiri uğur adlandırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu forumu "Qərbin müasir Ukrayna hökumətinin neo-nasist, irqçi hisslərini bəsləməyə davam etdiyi" "şabaş" adlandırıb. Prezidentin mətbuat katibi Dmitri Peskov "Krım Platforması"nı "anti-Rusiya" və "son dərəcə qeyri-dostyana tədbir" kimi xarakterizə edib.

Nadir Quliyev
Azvision.az



Teqlər: Krım   Zirvə  





Xəbər lenti